İran

Azərbaycanlı xanəndə Cəmşid Nəcəfi vəfat edib

Azərbaycanlı xanəndə Cəmşid Nəcəfi yol təsadüfü nəticəsində dünyasını dəyişib. Belə ki, bəhmən ayının 11-də Tehranda baş verən otomobil təsadüfündə tanınmış xanəndə xəsarət alıb və mərizxanaya çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Bildirək ki, Cəmşid Nəcəfi 1329-cu ildə azərbaycanlı ailədə dünyaya göz açıb. Onun atası Bakıdan Güney Azərbaycana köç edib və ərdəbilli qadınla ailə həyatı qurub. Məlumata görə, Nəcəfi 1350-ci illərdə xanəndəlik fəaliyyətinə başlayıb. Elə fəaliyyətinin ilk illərində fars mahnılarının ifaçıçısı kimi tanınmağa başlayıb. İranda inqilab baş verdikdən sonra sənətini Azərbaycan türkcəsində davam etdirib. “Gecələr”, “Nazlı qızım” kimi mahnılar Cəmşid Nəcəfinin məşhur ifalarındandır.

Related Articles

Bir cavab yazın

Back to top button