Azərbaycan

Laçın bu günü azad qarşılayır

Azərbaycanın əzəli torpağı olan Laçın şəhristanı 29 ildən sonra ilk dəfə meyin 18-ni azad qarşılayır.
1992-ci il meyin 18-də Şuşa şəhərinin Turşsu adlanan ərazisindən və Ermənistan tərəfindən hücuma keçən düşmən ordusu Laçını işğal edib. Erməni qəsbkarları bu illər ərzində şəhristanın yüzlərlə mədəni-yaşayış binalarını, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Laçının işğalı nəticəsində 63 341 azərbaycanlı öz yurdundan didərgin salınıb, 300-dən artıq nizami, sivil həyatını itirib və itkin düşüb. Şəhristanda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi ermənilər əli ilə vəhşicəsinə dağıdılıb. Laçın zəngin təbii sərvətləri ilə yanaşı, mühüm stratejik baxımdan da önəmlidir. Şəhristanın doğusunda Qarabağ silsiləsinin güney-batı yamacları, quzeyində Mıxtökən silsiləsi uzanır, güney-batı hissəsini isə Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su zəxirələrı olan şəhristanın ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araza qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr və yaylaqlar var.
Əhəmiyyətli jeostratejik mövqeyi olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurub. İşğal dövründə şəhristanın meşələrinin əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib. Qeyd edək ki, 1961-ci ildə şəhristanda taysız təbiətlərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar olub. Qoruqda 68 növdən və 27 dəstəyə bölünmüş bitki örtüyü olub.
Bu ildən başlanaraq isə meyin 18-ni Laçının işğalı günü kimi anmayacağıq. 2020-ci ilin septambrın 27-dən başlayaraq Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə ziddi həmlə əməliyyatlarına başlayıb. 44 gün davam edən Vətən savaşında düşmən üzərində qələbə qazanılıb. Bu müddət ərzində hər gün irəliləyərək kəndbəkənd, şəhərbəşəhər torpaqlarımızı ermənilərin tapdağından azad edən Azərbaycan Ordusu novambrın 8-də Şuşanı işğaldan azad etməklə düşməni şikəsti qəbul etdirən sənədi imzalamağa məcbur edib. Bununla da Ermənistan hakimiyyəti novambrın 10-da şikəstnaməyə imza atıb. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş baxanının 2020-ci il novambrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən desambrın 1-də Laçın şəhristanı işğaldan azad edilib. Azərbaycan Ordusunun bölmələri desambrın 1-də Laçına daxil olub və burada dövlət bayrağımız dalğalandırıb.
1992-ci ildən bu şəhristanda qanunsuz yerləşən ermənilər Laçını tərk ediblər. Azərbaycan Ordusu onlara şəhristanı tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vəşilik edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.
Ekologi və Təbii Sərvətlər Baxanlığının məlumatına görə, Laçın şəhritanı ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə – Narzanlı, Çilgəzçay, Sarıbulaq, zəxirələıri 4 457 min ton olan və əhəng tolidinə yararlı Laçın əhəngdaşı sərvətləri var. Bundan başqa, zəxiyrələr 2 533 min mükəəbmetr olan və istifadəyə verilən üzlük daşı tolidinə yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı tolidinə yararlı 2 tuf – Ağoğlan, Əhmədli, 2 əlvan bəzək daşı, vulkan külü və başqa sərvətlər də vardır.
1961-ci ilin novambrında heyvan və quşları qoruyub saxlamaq, habelə artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir heyvan növləri məskunlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button