Azərbaycanİran

İranda etirazçıların və şagirdlərin öldürülməsi müəllimləri qəzəbləndirib-Tətilə çağırış edildi

İranda etirazçıların və şagirdlərin sistematik şəkildə repressiya edilməsi və öldürülməsi müəllimləri qəzəbləndirib. Müəllimlər oktyabr ayının 20,21 və 22-i günlərini ictimai matəm elan edib.

İran müəllimləri hərbçilərin, təhlükəsizlik və mülki geyimli hökumət qüvvələrinin məktəblərə daxil olmasına, şagirdlərin həbsinə və öldürülməsinə etiraz olaraq oktyabrın 1-i və 2-də siniflərə getməkdən imtina edib və oturaq aksiya keçirəcəklər.

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası təhlükəsizlik, hərbi və mülki geyimli qüvvələrin məktəblərə daxil olmasını” “məktəblərin və təhsil məkanlarının şəxsi toxunulmazlığının pozulması” və “sistemli repressiya” kimi qiymətləndirib.

Ərdəbildə Əsra Pənahi və başqa əyalətlərdə öldürülən şagirdlərin adı çəkilən bəyanatda, bütün bunların İslam Respublikası hakimiyyəti tərəfindən sistemli şəkildə həyata keçirildiyi qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button