Dünya

Türkiyədə xüsusi təhlükəli terorçu məhv edilib

Türkiyənin şərqindəki Van əyalətində terorçuluğa qarşı “Eren” əməliyyatının birinci mərhələsi çərçivəsində ölkənin Daxili İşlər Vəzirliyinin xətti ilə axtarılan PKK-nın xüsusi təhlükəli terorçusu Gökhan Demir məhv edilib.
“Anadolu” ajansına istinadən xəbər verilir ki, bu barədə Daxili İşlər Vəzirliyindən bildirilib.
Məlumata görə, “Aqit” kod adlı Gökhan Demir “Vəfa” xeyriyyə təşkilatının əməkdaşlarına qarşı silahlı hücumda iştirak edib. Van əyalətinin Ozalp bölgəsində 15 mey 2020-ci ildə törədilən teror hadisəsi nəticəsində təşkilatın iki əməkdaşı şəhid olub, daha bir əməkdaşı yaralanıb.
Terorçu türk jandarmerisinin xüsusi təyinatlı dəstəsi tərəfindən məhv edilib.

Related Articles

Bir cavab yazın

Back to top button