Dünyaİran

Dünyanın 150-dən çox şəhərində İran etirazçılarına dəstək aksiyası keçirilib

Oktyabrın 1-də dünyanın 151 şəhərində İranda keçirilən ümumölkə etiraz aksiyalarına dəstək nümayişləri keçirilib.

Bütün şəhərlərdə nümayişlərə çağırış edənlər etirazçı bir qadın fotosunun üzərində “vaxtı çatıbdır” məzmunlu şüar yazılan simvolik posterdən istifadə ediblər.

İspaniya, Polşa, İsveçrə, Belçika, Fransa, Skatlənd, Macarıstan, Almaniya, İtaliya, Yaponiya və onlarla başqa ölkələrdə keçirilən aksiyalara iranlı mühacirlərlə yanaşı hüquq müdafiəçiləri də qoşulub.

Aksiyalar bir sıra şəhərlərdə İran səfirliyi və konsulluqlarının qarşısında, bir sıra şəhərlərdə isə mərkəzi meydanlarda baş tutub.

Onlar “Vətəndən uzaqda da olsaq sizinlə birlikdəyik həmvətən”, “İslam Respublikasını istəmirik”, “Olüm olsun diktatora”, “Ölüm olsun Xameneyiyə” və başqa şüarlar səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button