Dünya

Yunanıstanda qatar qəzasında ölənlərin sayı 26 nəfərə çatıb

Afina - Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb

Qəzadan sonra hadisə yerinə 30-dan çox təcili tibbi yardım, o cümlədən yanğınsöndürə və digər xüsusi təyinatlıların nəqliyyat vasitələri cəlb edilib.

Hazırda xilasedicilər aşmış vaqonlarda insanların axtarışını aparır. Hökumət təcili olaraq Katerini və Larisa xəstəxanalarında yaralıların qəbulu üçün şöbələrin açılması barədə göstəriş verib.

Qeyd edək ki, qəza nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə “ERT NEWS”  kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

“Təsdiqlənmiş məlumata görə, hazırda dağıntılar altından 26 nəfərin cəsədi çıxarılıb. Ən azı 85 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Hadisə yerinə 150 ​​yanğınsöndürən, 40 təcili tibbi yardım maşını cəlb olunub”-deyə, o bildirib.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib. Bəzi şahidlər qatarların toqquşmasının çox güclü olduğunu, bir neçə vaqonun dərhal alovlandığını bildiriblər. (report)

Related Articles

Bir cavab yazın

Back to top button