İran

Milli fəallar İran rejiminin Güney Azərbaycanın ətraf mühit və abidələrinə vurduğu ziyanlara etiraz ediblər

Güney azərbaycanlı milli-mədəni fəallar İran rejiminin ətraf muhitə və tarixi əsərlərə vurduğu ziyanlara etirazlarını bildiriblər.

Buna görə onlar Ərdəbil şəhərinin mərkəzi küçələrindən birində simvolik qrafiti çəkiblər.

Divar yazısının üzərində “Savalanın zirvəsindən tutmuş Şeyx Səfi məcmuəsinə qədər məhv edilir” cümləsi yazılıb və dağla məcmənin şəkilləri də onun üzərində işlənilib.

Bildirək ki,Xiyodan Sərdavaya, oradan da Səreynə çəkilən və “qızıl kəmər” adı ilə məşhur olan yolun çəkilişi zamanı bölgənin təbiətinə ciddi ziyan dəyir.

Tikinti zamanı yolun üstündə yerləşən yaşıllıq, bulaqlar, isti sular və başqa bu kimi təbiət inciləri tamamilə məhv ediləcək.

İlk dağıdılacaq yer, üstü açıq “Yeddi Bölük” isti suları olacaq. Bura yolun üzərində yerləşdiyindən onun adı dağıdılacaq məkanlar listəsində ilk yerlərdə qərarlaşıb.

Bundan başqa, Şeyx Səfi məcmuəsi ətrafında bir neçə təbəqəlik yaşayış və ticarət binalarının tikilməsi də mədəni və milli fəalların etirazına səbəb olub.

Sözügedən müctəmə ətrafında binaların tikilməsi həm də onun “UNESCO”nun dünya mədəni irs listəsindən çıxarılmasına yol açır.

Related Articles

Bir cavab yazın

Back to top button