İran

Qəzvin və Təbrizdə təqaüdçülər etiraz aksiyası keçiriblər

Marsın 7-də Güney Azərbaycanın Qəzvin və Təbriz şəhərlərində əməklilər mitinq keçiriblər. Onlar dövlət və nizami baznişəstələr arasındakı ödəniş ayrı-seçkiliyinə etirazlarını bildiriblər. Belə ki, İctimai Təmin İdarəsinin qarşısında keçirilən mitinq əməklilərin sayca dördüncü etirazıdır. Mitinq iştirakçıları hüquqlarının bərabərləşdirilməsini, ayrı-seçkiliyin aradan qaldırılmasını, bimənin ləğvi, eləcə də müalicə qanununun tətbiqinin dəqiqləşdirilməsini tələb ediblər. Əməklilərin dünən baş tutmuş mitinqinə polis qüvvələrinin müdaxilə etdiyi bildirilib. Məlumata görə, polislər etirazçıları dağıtmaq məqsədilə onların plakatlarını alıblar. Habelə etirazçılara qarşı fiziki zorakılıq tətbiq edilib.
Xatırladaq ki, son dəfə bənzər mitinq fevriyyənin əvvəllərində baş tutub.

Related Articles

Bir cavab yazın

Back to top button