Dünyaİran

İran Danimarkaya nota verib

İran Danimarkaya nota verib. Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə İran səfirliyi və diplomatlarının təhlükəsizliyi ilə bağlı Tehranın etirazı dilə gətirilib.

Xatırladaq ki, oktyabrın 7-də İranın Kopenhagendəki səfirliyinə soyuq silahla silahlı basqın olub.

İranın Danimarkadakı səfiri Əfsanə Nadipurun dediyinə görə, hadisəni törədən şəxs onu təhdid edərək işçilərdən birini yaralayıb və səfirliyin xidməti maşınlarına ziyan vurub.

Danimarka hökuməti hələlik bu hücumu təsdiqləməyib.

Ancaq xəbərlər İranın Kopenhagendəki səfirliyində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini göstərir.

“Bloomberg” xəbər agentliyi Kopenhagen polisinin məlumatına istinadən, İran səfirliyinin polislə əlaqə saxladığını, lakin hücumla bağlı təfərrüatları açıqlamadığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button