İran

Kəleybərdə güneyli jurnalist Əbülfəz Purhüseynqulu əmniyət qüvvələri tərəfindən yaxalandı

Doğu Azərbaycanın Kəleybər şəhərindən olan jurnalist və sosial media fəallı Əbülfəz Purhüseynqulu mehr ayının 7-də İranın əmniyət qüvvələri tərəfindən iş yerində tutulub.

Onun həbsi ilə bağlı xəbər bir neçə gün sonra yayılıb.

Jurnalistin ittihamı və harada saxlanıldığı barədə bilgi əldə etmək mümkün olmayıb.

Bundan sonra mehr ayının 8-də güneyli fəal və incəsənət müəllimi, əkkas Arəş Şadmənd də əmniyət məmurları tərəfindən tutuqlanıb.

Ehtimal edilir ki, hər iki fəalın tutulmasının səbəbi Əhər şəhərində “Bəsic” qüvvələrinə bağlı olan müəllimin 5 şagirdə təcavüz etməsi barəd xəbəri yaymaları olub.

Onlar bu barədə idarə etdikləri ictimai şəbəkədə məlumat yayaraq günahkarın cəzalandırılmadığını bildirmişdilər.

Ötən cümə günü Kəleybər şəhərinin cümə imamı Seyid Səid Rəşadi öz çıxışında adı çəkilən məsələ ilə bağlı ictimai şəbəkə fəallarını “islam müqəddəslərini təhqir etməkd”də günahlandırıb və onların cəzalandırılmalarını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button