Azərbaycanİran

Azərbaycanlı müəllim həbs cəzasını çəkmək üçün çağırılıb

Ərak şəhərinin İnqilab Məhkəməsinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin 7-ci bölməsi azərbaycanlı müəllim Məhəmməd Sadiqiyə çağırış göndərib.

Ondan barəsində çıxarılan 1 illik həbs cəzasını çəkməsi üçün aprelin 20-də Ərak məhkəməsinin adıçəkilən bölməsinə getməsi istənilib.

Qeyd edək ki, azərbaycanlı müəllim İran məktəblərində şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı keçirilən aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

7 may 2022-ci ildə həbs edilən müəllim bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

#GuneyAzerbaycan #siyasimehbus

Related Articles

Bir cavab yazın

Back to top button