Azərbaycan

Bu gün Ukrayna Azərbaycanlıları Radasının qurultayıdır

Bu gün Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) hesabat-seçki qurultayı keçiriləcək.

Qurultayda qurumun tərkibində, strukturunda və nizamnaməsində dəyişikliklər edilməsi nəzərdə tutulub.

UAR-ın tərkibi yeni üzvlərlə genişləndiriləcək, İdarə Heyətinə yeni üzvlərin qəbulu gözlənilir. Tədbirdə UAR-ın gənclər, ziyalılar və iş adamları şuralarının təsis olunması da planlaşdırılır.

Qeyd edək ki, UAR-ın təsis qurultayı 14 aprel 2019-cu ildə Kiyev şəhərində keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button