
Nikol Paşinyan “Mənim addımım” fraksiyasından olan bir qrup deputatla görüşü zamanı etimad referendumunun keçirilməsi məsələsini müzakirə edib. Məsələ ilə bağlı “Hraparak” nəşri məlumat yayıb. Bildirilib ki, referendumda ictimai qarşıdurmanı aradan qaldırmaq məqsədilə baş nazirə etimad məsələsi gündəmə gətiriləcək. Qeyd edək ki, Paşinyanın tərəfdarları referendumun uğursuz ola biləcəyindən ehtiyat edirlər. Bunun əvəzinə erkən parlament seçkilərinin ən qısa müddətdə keçirilməsi təklifi irəli sürülüb.
“Hraparak” nəşri yazır ki, ölkədə daxili siyasi gərginlik səngiməsə, seçkilərin yazda keçirilməsi mümkündür. Vəziyyət sabitləşərsə, seçkilər başqa tarixdə keçiriləcək.
“Hraparak” nəşri yazır ki, ölkədə daxili siyasi gərginlik səngiməsə, seçkilərin yazda keçirilməsi mümkündür. Vəziyyət sabitləşərsə, seçkilər başqa tarixdə keçiriləcək.





