İran

KARA SAMANƏSİNDƏ YENİLİKLƏR

Əhər şəhristanın fərmandehi Zahid Mahmudi koronadan ziyana düşmüş 2 min 170 sinfi və tolid vahidi adlarının Kara Samanəsinə keçirildiyini bildirib.
Zahid Mahmudi Əhər şəhristanı üzrə İqtisadi, İşlə Məşqulluq və Sərmayə Yatırımı Qrupu ilə iclasda, “korona virusunun yayıldığına görə bir sıra peşə vahidlərinin, tolid yerlərinin və xidmət mərkəzlərinin tətil olunduğunu nəzərə alaraq onlara dəymiş xəsarətləri cübran etmək köməkliklər nəzərdə tutulub. Əhər şəhristanında da köməkliklərin olunması üçün 2 170 sinfi, tolid və xidmət vahidi öz adlarını Kara Samanəsinə yazdırıblar”, – deyə bildirib.
Mahmudi sahibkar tərəfindən işləyən şəxslərin sığortalanmasının lazım olduğunu məsləhət görüb.
Əhərin fərmandarı sözlərinin davamında banklardan tez bir zamanda mütəqazilərə evlənmək vamının verilməsinə başlamağı tapşırıb.

Related Articles

Bir cavab yazın

Back to top button