Azərbaycan

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycan Cümhuriyyətinin Xarici işlər vəziri Ceyhun Bayramov Türkiyənin 13 mülki vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə ilgili qardaş ölkəyə başsağlığı verib. Bu barədə vəzir özünün tuiterdəki hesabında paylaşım edib.
“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.
Başın sağ olsun, qardaş Türkiyə!”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Qeyd edək ki, bundan öncə Türkiyənin Xarici işlər vəziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi barədə tuiterdə paylaşım edib.

 

Related Articles

Bir cavab yazın

Back to top button