Dünya

Ned Prays: Nüvə anlaşmasının bərpası mümkün olmadıqda diplomatik alternativlərə hazırıq  

Amerika Dövlət Departamentinin sözçüsü Vaşinqtonun nüvə razılaşmasının dirçəldilməsi ilə bağlı Rusiyanın şərtlərini qəbul etmək istəmədiyini vurğulayaraq bildirib ki, hazırda danışıqların son mərhələsindədirlər.

“Aznews tv”ın xəbərinə görə, Ned Prays habelə söyləyib ki, əgər “xarici amillər” atom anlaşmasının fəaliyyətini dirçəltməyi qeyri-mümkün edərsə, Amerika İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq alternativ diplomatiyaya hazırdır.

Prays dünən mətbuat konfransında Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali və komandasının ötən həftənin cümə günü Vyanadan Vaşinqtona qayıtdığını vurğulayaraq, əlavə edib: “Nüvə anlaşmasını canlandırmaq üçün aparılan Vyana danışıqları mürəkkəb mərhələdədir”.

“Yaxın gələcəkdə bu danışıqlarda irəliyə doğru bir yolun olub-olmaması barədə daha yaxşı təsəvvürümüz olacaq. Təfərrüatlara varmaq istəmirəm, ancaq söhbət xarici faktorlar və geridə qalan vacib məsələlərdən gedir”, – deyə Prays fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button