Azərbaycanİran

Aktivist Saleh Molla Abbasi azad olunub

Azərbaycan milli hərəkatının mədəni və siyasi aktivisti Saleh Molla Abbasi həbs müddəti bitməklə Əhər rayonu Həbsxanasından azad olunub.

Xatırladaq ki, güneyli aktivist ötən ilin oktyabr ayının 4-ü  “ictimai düşüncəni çaşdırma məqsədi ilə yalanların yayılması” ittihamı ilə saxlanılıb.

Sonra mühakimə olunaraq Əhər rayon 2-ci Cinayət Məhkməsinin 101-ci Şöbəsi tərəfindən 3 ay 1 gün həbsə məhkum olunub.

O, həbs müddəti bitməklə fevral ayının 19-da sərbəst buraxılıb.

Qeyd edək ki, Saleh Molla Abbasi mədəni fəaliyyətlərinə görə bundan əvvəl 2006, 2007, 2009, 2013 və 2015-ci illərdə Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button