Dünya

Ərdoğan: “Türkiyə İraqın yenidən qurulmasına töhfə verməyə hazırdır”

“Bölgəmizdə terrorizm üzərində sonsuz qələbə qazanmadan sülhü bərpa edə bilmərik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş vəziri Mustafa əl-Kazimi ilə Ankarada keçirdiyi ortaq basın konfəransında deyib. Ölkə başçısı bildirib ki, Türkiyə İraqın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət verir. Türkiyə İraqın yenidən qurulmasına lazımi töhfə verməyə hazırdır və bütün İraq xalqını qardaş hesab edir.
“Cənab Kazimi ilə ortaq düşmənlərimiz olan terror təşkilatlarına qarşı birgə mübarizəni davam etdirmək barədə razılığa gəldik. Nə İraq, nə Türkiyə, nə də Suriyanın gələcəyində separatçı terrorizmə yer yoxdur. DEAŞ tərəfindən yıxılan xətdə təmir işləri başa çatdıqdan sonra Kərkük nəftini dünya bazarlarında daha çox miqdarda yenidən görmək istəyirik”, – deyə Ərdoğan diqqətə çatdırıb.
Unread messages

Related Articles

Bir cavab yazın

Back to top button