AzərbaycanDünya

Ermənistan ordusu Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib

Ermənistan ordusu atəşkəsi yenidən pozub. Müdafiə Nazirliyinin yazydğı xəbər gğörə, düşmən ordusu mövqelərimizi atəşə tutub.

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

“Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button