İran

5 milli fəal Rəşt şəhərinin ümumi və inqilab məhkəməsinə çağırılıb

Rəşt sakinləri Güney azərbaycanlı milli fəallar Vədud Əsədi, Məhəmməd Eyni Çunəxan, İbrahim Gənci Əfsuran, Vəhid Beygzadə və Məhəmməd Şiriyə 1399-cu il abanın 25-də Məhkəmənin Elektron Bildiriş Sistemi vasitəsilə bildiriş göndərilib. Bildirişə görə, fəallar 5 gün müddətinə Rəşt şəhərinin Ümumi və İnqilab Dadsərasının 10-cu Şöbəsinə gedərək ittihamları üzrə sonuncu müdafiələrini etməlidirlər.
Göndərilmiş məhkəmə bildirişində fəalların “ölkənin əmniyətinə qarşı toplaşma və anlaşma” iddiası ilə ittiham edildikləri bəlli olub.
Qeyd edək ki, həmin mədəni fəallar Ermənistana nizami yardım daşındığı üçün Norduz mərzinin bağlanılmasını istəyiblər. Habelə Qarabağa dəstək nümayiş etdiriblər. Bu səbəblə də Rəşt şəhərinin əmniyət qüvvələri tərəfindən tutuqlanıblar. Onlar ittihamlarına baxılanadək vəsiqə qarşılığında azadlığa buraxılıblar. Vurğulayaq ki, İranın əmniyət gücləri tərəfindən Güney Azərbaycan şəhərlərində və Tehranda Azərbaycan Cümhuriyyəti ordusuna hər hansı dəstəyin verilməsi qadağan edilib. Dəstək nümayiş etdirən yüzlərlə Güney Azərbaycan türkü tutqlanaraq işkəncəyə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button