Azərbaycan

Bu gün Azərbaycan Televiziyasinin yaranmasından 65 il ötür

Bu gün Azərbaycanda və Şərqdə ilk televiziyon olan Azərbaycan Televiziyonun yaranmasından 65 il ötür.

Bu illər ərzində Azərbaycanda televiziyon yayım şəbəkəsi qurulub, çağdaş standartlara cavab verən rəqəmli televiziyon yayım vericilərinə təqdim edilib. “Göstərir Bakı!” – 1956-cı il fevriyənin 14-də Azərbaycanın ilk televiziyonu məhz bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatında önəmli rol oynayıb.

Televiziyon yayımına başlanılmasının ilk günündə ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edib. Ancaq bir il sonra – 1957-ci ildə televiziyonun əhatə dairəsi genişlənib Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın başqa şəhristan və şəhərlərində yayımlanıb.
1957-ci ildən Azərbaycan televiziyonu həftədə beş dəfə efirə çıxıb. 1962-ci ildə isə gündəlik yayıma başlanılıb. İldən-ilə təkmilləşən milli televiziyonumuz 2005-ci ilin janviyəsindən 24 saatlıq fasiləsiz yayıma keçib.
1970-ci ildə televiziyon Dövlət Televiziyon və Radio Verilişləri Komitəsi adını alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə şirkət “Azərbaycan Televiziyon və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Azərbaycan Televiziyonu ölkə teleməkanının təşkil olunmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib. 1991-ci ildə Azərbaycan Televiziyonunun rəhbərliyinin dəstəyi ilə ölkə teleməkanına özəl ilk studiya – “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziyon və radioların qurulması prosesində fəal iştirak ediblər.

Bu gün geniş tamaşaçı çevrəsinə sahib Azərbaycan Televiziyonunun verilişləri mahvarə vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun jurnalist məntəqələri fəaliyyət göstərir. Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyonumuzun rolu danılmazdır. Qeyd edək ki, Avropaya yayımın tekniki səviyyəsinə görə Azərbaycan Televiziyonu 2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Son illər Azərbaycan Televiziyonunda aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və jurnalistlər yarışma yolu ilə işə cəlb edilib. Vurğulayaq ki, telekanalda müxtəlif formlu verilişlərin çəkilişi üçün yeni studiyalar da hazırlanıb.

ANT televizyonu olaraq biz də Azərbaycan Televiziyonunun əməkdaşlarını ürəkdən təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!

Related Articles

Bir cavab yazın

Back to top button