İran

İranla İraq arasında gərginlik artır? : Quru sərhədlər bağlandı

İranın Sərhəd Xidməti quru yolla İraqa getmək istəyən vətəndaş və zəvvarlara müraciət edib.

“Aznews tv” xəbər verir ki, müraciətdə ölkənin İraqla bütün sərhəd buraxılış məntəqələrinin bağlandığı bildirilir.

Sərhədləri hansı tərəfin bağladığı və bu qərarın səbəbi hələ ki, açıqlanmayıb.

Yayılan digər xəbərlərdə isə “Sepah”ın Ərbilə hücumu ilə əlaqədar İranın Bağdaddakı səfirinin sorğu-sual edilmək üçün İraq parlamentinin iclasına çağırılma ehtimalının olduğu vurğulanır.

Qeyd edək ki, “Sepah”ın Mossadın bazası iddiası ilə İraqın Ərbil şəhərinə raket zərbələri endirməsi bir neçə gündür rəsmi Bağdadla Tehran arasında gərginliyə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button