Dünyaİran

Kanadada fars dilli cinsi azlıqlar yürüş keçirdilər

İyunun 25-də Kanadanın Toronto şəhərində fars dilli cinsi azlıq nümayəndələri və onların müdafiəçilərinin nümayişi keçirilib.

Nümayişçilər və xaricdə fəaliyyət göstərən fars dilli media orqanları 200 cinsi azlığın iştirakı ilə keçirilən nümayişi bu qəbildən olan iranlıların ilk tarixi və fəxr olunası nümayişi kimi tədim ediblər.

Cinsi azlıqların və İranın bayraqlarını dalğalandıran və çıxışlarında miliyyətçilik çalarlarının qabarıq şəkildə sezildiyi nümayişçilər bu hərəkətlərinin Orta Şərq xalqlarının tarixində ilk olduğunu bildiriblər.

Tehran hökuməti əleyhinə şüarlar səsləndirən və plakatlar qaldıran fars dilli cinsi azlıq nümayəndələri İranda da hüquqlarının bərpası üçün mübarizələrini davam etdirəcəklərini vurğulayıblar.

Xaricdə fəaliyyət göstərən və fars miliyyətçiliyinə meyilli olan bir sıra media orqanları, nümayişi “iranlı-kanadalı fars dilli cinsi azlıqların möhtəşəm paradı” başlığı ilə yayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button