İran

Məhəmmədhəsən Rezayinin edamına beynəlxalq təşkilatdan sərt reaksiya

2007-ci ildə 16 yaşında qrup davası zamanı bir insanı öldürdüyünə görə tutuqlanan Məhəmmədhəsən Rezayinin edam xəbəri beynəlmiləl təşkilatların geniş təpkisinə səbəb olub. Onun dünən səhər Rəştdəki Lakan zindanında edam edilməsi Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komiseri Mişel Baçelet tərəfindən sərt etirazla qarşılanıb. Mişel Baçeletin açıqlaması Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Dəftərinin rəsmi saytında yer alıb. Məlumatda bildirilib ki, qanun pozuntusu törətmiş uşaqların edamı beynəlmiləl qanunlara görə kəsinliklə qadağan edilir.
“Bu məsələ ilə ilgili müdaxilələrə və İran hökuməti ilə qarşılıqlı fəaliyyətin aparılmasına baxmayaraq, Rezayi “öldürülüb”. Onun işgəncə nəticəsində məcburi etiraflara görə mühakimə olunduğuna dair “dərin nigaranlıq doğuran” bilgilər və onun ədalətli mühakimə olunma hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqlar vardır”, – deyə açıqlamada bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button