Dünya

Hikmət Hacıyev: “Rusiya tərəfinin izahı bizi tam qane etmir”

“Son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir”. Bunu Azərbaycan cumhuriyyəti Prezidentinin köməkçisi – Azərbaycan cumhuriyyəti Prezidentin Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, bildirib ki, bu məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb: “Müxtəlif yönlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir. Bu, ictimaiyyətimizi narahat edir. Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya uçaqların tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”,-deyə Hikmət Hacıyev diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button