İran

İran somalidə məxvi əməliyyatlar icra edir – iddia

İran Əl Şabab yaraqlılarına maliyyə və silah yardımı edir. Bu barədə Forien Polisinin hazırladığı raporda bildirilib. Məlumata görə, İran Afrika Buynuzunun sübatını pozmağa çalışır. Habelə Somali və bölgədəki xarici qüvvələrə həmlə məqsədi ilə bu qrupdan yararlanır. Rapora görə, İran Somalidə onun əvəzinə doyüşən qüvvələr şəbəkəsini yaradıb. Beləliklə, ifratçı qruplara maliyyə və silah yardımı vasitələrindən istifadə edir. Qeyd edilib ki, İran Somali vasitəsi ilə Yəməndə Husi yaraqlılarına silah çatdırır. Xatırladaq ki, İranın ötən onilliklərdə məzhəbi və ittilaat quruhları Afriqada geniş təsirli təbliğatlar həyata keçirib. Bununla paralel İran şiə məzhəbli mərkəzlərdə, o cümlədən Qum şəhərində afrikalıların çoxuna təhsil imkanı sağlayıb.Təhsillərini bitirən həmin şəxslər öz ölkələrinə qayıdıb. Nəticədə birbaşa və ya dolayı yolla Tehranın hədəflərini bölgədə yürütməyə başlayıblar. Rapora görə, Sipah Pasdaran İranın Somalidə olmasının birinci vasitəsidir. Habelə Sipahın ölkənin xaric qolu olan Qüds Qüvvəsinin bu ölkədəki ifratçı qruplar və cinayətkar şəbəkələrlə əlaqəsi var. Somalinin polis məqamları və İttilaat Vizarəti iddia edir ki, Sipahın ölkədən xaric qolu olan Qüds qüvvəsi bu şəbəkələrdən İrandan nəftin qaçaq olunmasında istifadə edir. Habelə həmin qüvvə neftin bütün Afrikada ucuz satılmasında mühüm rol oynayır. Beləliklə buradan əldə olunan gəlirlərin bir hissəsi Yəmən və Somalidə olan yaraqlıları himayə etmək üçün istifadə olunur. Məlumata görə, İran Somalidə Amerikaya zərbə endirmək üçün məxfi əməliyyat icra edir. Bu məqsədlə qabaqcıl silahlar, bomb düzəltməyə partlayış maddələri, şimyayi maddələr və mərmi əldə etməyə başlayıb. Bir başqa iddia isə İranın və onun himayəsində olan qüvvələrin Amerika, Somali və Afrika Birliyi Qüvvələrinə Əl Şabab yaraqlılarının həmlə etmələrində rollarının olmasıdır. Raporun sonunda qeyd olunub ki, İran ilə Rusiyanin Somali və Afriqa Buynuzuna nüfuz etmələrinin qarşısı alınmalıdır. Bu məqsədlə də Somaliyə nizami, əmniyyət köməklikləri və iqtisadi yardımlar artırılmalıdır

Related Articles

Bir cavab yazın

Back to top button