İran

İranda həbs edilən müəllimdən heç bir xəbər yoxdur

İranın əmniyət gücləri tərəfindən dünən günorta saatlarında həbs edilən müəllim və Müəllimlər İttifaqının fəalı Hale Səfərzadə barədə heç bir məlumat yoxdur.

İranın əmniyət gücləri tərəfindən dünən günorta saatlarında həbs edilən müəllim və Müəllimlər İttifaqının fəalı Hale Səfərzadə barədə heç bir məlumat yoxdur.

“Aznews tv” xəbər verir ki, dünən xanım Səfərzadə ilə birgə onun həyat yoldaşı Əli Rza Səqəfi, tələbə fəalı Səha Mürtəzayi və İlham Salihi də həbs ediliblər.

Onların da vəziyyətləri ilə bağlı hələlik heç bir məlumat əldə edilməyib.

Xatırladaq ki, İran hökuməti ölkədə müəllimlərin maaş azlığı başda olmaqla, bir sıra səbəblərdən davamlı olaraq etiraz aksiyası keçirməsindən sonra müəllimlərin və müəllimlər ittifaqlarının fəal üzvlərinin kütləvi həbsinə başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button