İran

Şərqi Azərbaycan vilayətində iş qəzalarında ölənlərin statistikası açıqlanıb

Şərqi Azərbaycanda iş olayları zamanı həyatını itirən şəxslərin sayı açıqlanıb. Məsələ ilə bağlı Şərqi Azərbaycan Ədli Tibb Baş müdiri Əli Səfayi məlumat verib. Onun açıqlamasına görə, əyalətdə son 11 ayda 110 işçi iş olayları nəticəsində həyatını itirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 17 artım deməkdir. Həmin şəxslərdən 59 nəfəri hündürlükdən yıxılaraq, 27 nəfəri bərk cismin üzərinə düşməsi səbəbindən, 11 nəfəri elektrik cərəyanı çarpması, 10 nəfəri oksijen çatışmazlığı, 5 nəfəri boğulma, 3 nəfəri isə yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Bununla yanaşı, ümumilikdə 1223 nəfər iş olaylarında yaralandığı üçün tibb mərkəzlərinə müraciət edib. Onlardan 22 nəfərinin qadın olduğu bildirilir.
Qeyd edək ki, İranda iş hadisələri arasında özəlliklə ölümlə nəticələnməyən olaylarla bağlı qeydiyyat aparılmır. Bu məsələ yalnız sinfi fəallar, insan haqları təşkilatları və bir sıra mətbuat orqanları tərəfindən gündəmə gətirilir.

Related Articles

Bir cavab yazın

Back to top button