İran

İranda benzin sərfiyyatı istehsal müvzinətini aşıb

İranda yeni ilin sonuncu günü martın 19-u statistikasına əsasən benzin sərfiyyatı yeni tarixi bir rekor qıraraq gündəlik 152 milyon litrə çatıb.

Ölkə mediasının məlumatına istinadən İranın 10 neftayırma zavodunda, ən yaxşı hlada, gündəlik 117 milyon litr benzin istehsal olunur. Lakin bir sıra ekspertlərin fikrincə bu rəqəmə istifadəsinə icazə verilməyən xərçəng törədici neftkimya benzini də daxildir.

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasına bağlı Nur Nyuz internet səhifəsi ölkədə bu həddə sərfiyystın böyük problem olduğunu yazıb.

Səhifənin məlumatına əsasən Neft Nazirliyi ölkədə yanacaqdoldurma məntəqələrinin ehtiyacını təmin etmək məqsədi ilə strateji benzin ehtiyatlarından istifadə etməyə məcbur olub.

Nur Nyuzun yazdığına görə ötən 2 il ərzində gündəlik benzin sərfiyyatı 88 milyon litrdən 122 milyona artıb.

Açıqlanıb ki,  dövlət benzin qiyməti üzrə illik 80 milyar dollar subsida verir. Bu isə ölkənin neftdən gəlirlərinin iki qatı qədərdir.

Daşıma və Yancaq İdarəçiliyi Qərargahının sənaye və enerji işləri üzrə müavini Kazm Əzizi benzin sərfiyyatına nəzarət barədə deyib:

“dövlət sərfiyyata nəzarət etmək istəyirsə bu ancaq litrəsi 1500 tümənə satılan benzinin qiymətini 15 min tümənə qaldırmaqla mümkündür”.

Xatırladaq ki, 2019-cu ildə Həsən Ruhani iqtidarı zamanı benzinin qiyməti artırılmaqla etiraz aksiyaları başlamış və təxminən 1500 nəfərin atəş açımaqla öldürülməsi ilə nəticələnmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button