İran

Şərqi Azərbaycan koronavirusa yoluxma baxımından qırmızı vəziyyətdədir

Təbrizin tibb danişqahının rəisi Məhəmməd Hüseyn Suminin dediyinə görə, Şərqi Azərbaycanın 7 şəhəri – Məlikkəndi, Miyana, Marağa, Azərşəhr, Əcəbşir, Kəleybər və Sarab koronavirusa görə qırmızı vəziyyətdədir. Mərənd, Şəbistər, Xudafərin, Bostanava, Təbriz isə narıncı şəraitindədir. Suminin sözlərinə görə, virus kəndlərə nisbətən şəhərlərdə daha çox görünür.
Son amarlara əsasən, hazırda korona səbəbindən 700 nəfər mərizxanalara yerləşdirilib. Şərqi Azərbaycanın gündəlik 220 ədəd korona testinin yüzdə 40-ı müsbət elam edilib. Ustan virus yayılması baxımından təqribən 1 ay yarım bundan öncə 2-ci dalğanı təcrübə etdi ki, bundan sonra virusa tutulma amarı azaldı.
“Ancaq hazırda yenidən virusa tutulma amarı getdikcə yüksəlir. Gündəlik olaraq 3-4 nəfər həyatını itirir”, – deyə Sumi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button