Dünya

Yüksək səviyyəli Avropa rəsmisi:”Nüvə danışıqlarının sonu yaxınlaşır, ancaq bu uğurlu olmaya bilər”

Yüksək rütbəli Avropa rəsmisi deyib ki, İranla nüvə danışıqları sona yaxınlaşır, ancaq bunun İran və dünya gücləri arasında razılaşmaya gətirib çıxarıb-çıxarmayacağı bəlli deyil.

“İndi danışıqların çox, çox inkişaf etmiş bir mərhələdədir. Qətərin paytaxtı Dohada keçirilən nüvə danışıqlarının son raundunda bir nəticə əldə olunmayıb və səbəb tam aydındır. Çünki biz masada olan hər şeyi danışıq bitirmişik”-deyə, iyulun 15-də “Reuters” xəbər agentliyi avropalı rəsminin adını çəkməyən onaistinadən yazıb.

İyunun 29-da Dohada nüvə danışıqlarının sonuncu raundu keçirilib və heç bir nəticə əldə olunmayıb. Amerika və nüvə danışıqlarında iştirak edən avropalı üzvlər İranın danışıqlarda nüvə razılaşmasından kənar məsələləri gündəmə gətirdiyini deyirlər.

Aylardır İran İnqilabı Keşikçiləri Korpusunun adının Amerikanın terrorçu qruplaşmalar siyahısından çıxarılmasında israr edir.

Amerika bu tələbi rədd edir və bu ölkənin prezidenti Co Bayden  iyulun 13-də bəyan edib ki, bu qərar nüvə danışıqlarının tam dayandırılmasına səbəb olsa belə, Vaşinqton SEPAH-ın adını terror təşkilatları siyahısında saxlamağa davam edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button