Azərbaycanİran

Təbrizdə Tacikistan mədəniyyət həftəsi keçiriləcək

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Baş İdarəsinin başçısı Əhməd Həmzəzadə oktyabrın əvvəllərində rəhbərlik etdiyi idarə ilə Mədəniyyət və İslami Maarif İdarəsinin birgə təşkilatçılığı ilə Təbrizdə Tacikistan mədəniyyət həftəsi"nin keçiriləcəyini deyib.

O, tədbirin Azərbaycanda keçirilməsini Kəmaləddin Xocəndinin məqbərəsinin Təbrizdə olması ilə əlaqələndirib və bunu Tacikistanla Şərqi Azərbaycan əhalisinin mənəvi bağlarında önəmli rol oynadığını iddia edib.

“İran və Tacikistan xalqları arasında mədəni və tarixi ortaqlıqlardan əlavə, hər il Tacikistan xalqı Təbrizin “Kamal bağı”ndakı Kəmaləddin Xocəndinin məqbərəsini ziyarət etməyə gəlir”-deyə, Həmzəzadə bu il adı çəkilən bağda da mədəni mərasimlərin keçirilməsini planlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, bundan öncə aprel ayının 20-də Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Baş İdarəsinin başçısı Azərbaycanda yaşayan ermənilərin kilsəsi ilə birgə Təbrizdə erməni muzeyinin yaradılması üçün ortaq plan üzərində işlədikləri barədə məlumat verib.

Əhməd Həmzəzadənin bu məlumatı mədəniyyət xadimləri və milli fəallar tərəfindən qınanılmış, Azərbaycan abidələrinin yenidənqurulması və saxlanılması üçün büdcə ayırmayan idarənin erməni muzeyi yaratmasına etiraz etmişdilər.

Onlar Mədəni İrs Baş İdarəsinin başçısına xüsusilə son bir neçə il ərzində Təbrizdə fəaliyyət göstərən kolleksiyaçılar, musiqi, foto, karikatura və s. sahələrdə fəaliyyət göstərən, şəxsi vəsaitləri hesabına muzey quran azərbaycanlılar hökumətin maneələri ucbatından fəaliyyətlərini dayandırıb və ya muzeyləri Tehrana köçürmək məcburiyyətində qaldıqlarını xatırladıblar.

Qeyd edək ki, Güney Azərbaycan milli-mədəni fəallar tədbirin fars dilli əyalətlərdə deyil, Şərqi Azərbaycanda keçirilməsini Tehran hökumətinin azərbaycanlılara qarşı yeni fitnəsi kimi dəyərləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button