İranSağlıq & Yaşam

Qərbi Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Qərbi Azərbaycanda koronavirus mərizliyi ilə ilgili mərizxanalara müraciət edənlərin sayı artıb. Ustanda virusa yoluxma və ölüm hallarının sayında da ciddi artım görünür. Belə ki, son 24 saatda Qərbi Azərbaycanda 332 nəfər təhlükəli virusa yoluxub, 48 nəfər isə mərizxanaya yerləşdirilib. Hazırda ustan mərizxanalarında müalicə alanların sayı 395 nəfərdir. Onlardan 139 nəfəri özəl qayğılar bölməsinə yerləşdirilib, 26 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Pandemi ərzində ustanda virusa yoluxanların ümumi sayı 106 909 nəfərdir.
Hazırda əyalətin Urmu, Bəykəndi, Xana, Tikan Təpə, Çaypara, Dilməqan, Daş Makı, Qoşaçay və Sulduz vilayətləri sarı, 8 vilayəti isə göy zona hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button