Bölgə

Ermənistanda Prezident seçkilərinin tarixi məlum olub

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.

Hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi “Joquvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan Prezidenti parlamentdə seçilir.

Related Articles

Bir cavab yazın

Back to top button