Dünya

Qərbin Moskvaya qarşı geniş sanksiyalarından sonra Rusiyadan Ermənistana insanların axını olub

Xatırladaq ki, Rusiya vətəndaşlarından Ermənistana daxil olmaq üçün viza tələb olunmur.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən və beynəlxalq ictimaiyyət, özəlliklə Avropa İttifaqı, Amerika, Böyük Britaniya və transmilli iri korporasiyalar tərəfindən Moskvaya qarşı görünməmiş sanksiyalar tətbiq edildikdən sonra minlərlə Rusiya vətəndaşı Ermənistana mühacirət edib.

“Aznews tv”xəbər verir ki, müharibə səbəbi ilə Qərb şirkətlərinin yüzlərlə əməkdaşı Rusiyanı tərk etdiyi bir vaxtda bu ölkənin müxtəlif şəhərlərindən Ermənistanın paytaxtı İrəvana gündəlik 30-dan çox uçuş reysi həyata keçirilir.

Təyyarələrdəki sərnişinlər əsasən Rusiyanın tezliklə sərhədlərini bağlayacağı ilə bağlı martın əvvəlindən yayılan şayiələrdən sonra ölkəni tərk etməyə üstünlük verən Rusiya vətəndaşlarıdır.

Bir çox ruslar gələcək üçün heç bir dəqiq planları olmadan mühacirət edirlər və özləri ilə yalnız bir neçə şəxsi əşya və kimlik sənədlərini aparırlar.

Xatırladaq ki, Rusiya vətəndaşlarından Ermənistana daxil olmaq üçün viza tələb olunmur.

Related Articles

Bir cavab yazın

Back to top button