
Bunu Ukryana prezidenti Volodimir Zelenski “G7” liderlərinin xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vəsaitin ayrılması üçün “G7” liderlərinin, o cümlədən Amerikanın ümumi qərarı olmalıdır. Bundan əlavə, Zelenski hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün də maliyyə ayrılmasını istəyib.
Ukrayna lideri əlavə edib ki, Amerika Rusiyaya kifayət qədər təzyiq göstərməməsinə baxmayaraq, hələ də geniş qlobal maraqlara və ən çox müttəfiqə malikdir:
“Biz hamımız birlikdə ən yüksək səviyyədə koordinasiya ilə işləməyə davam etməliyik. Təkcə siyasi və diplomatik deyil, həm də texnoloji və investisiyalar vasitəsilə. Ukraynada silah istehsalının artırılması nəticə əldə etməyin ən sürətli yoludur”.