Araşdırma & Təhlilİran

Batı Azərbaycan və seçim “teatrı”

1400-ci ilin seçkilərinə az qaldı. Toplum içində seçim həyəcanı və həvəsi az olsa da güc rəqibləri arasında olduqca isti bir ortam var. Ancaq özəlliklə Nigəhban Şurasının verilən səlahiyyətləri adına ancaq bir teatr demək olar. Öz aralarında ayrı bir plan olmadığı təqdirdə anlaşılan bütün hər şey İbrahim Rəisi-nin seçilməsi üçün düzənlənibdir. Xamneinin əli ilə Ədliyyənin başqanlığı vəzifəsinə gətirilən Rəisi fəsadla mücadilə etmək şüarı verərək İranın siyasi ortamına bir örnək olub. Rəisi Xameneyidən sonra rəhbərliyə qəbul olunan təkcə şəxs kimi qiymətlənir.

İbrahim Rəisinin adı 1360-cı illərin toplu edamlarıyla birlikdə qeyd edilir. On illərlə Ədalət sistemində olan Rəisi 1360-cı illərdə də yuxarı rütbəsi vardı. Rəisi o tarixdə yüzlərlə siyasi məhbusunun edam edilməsində böyük rol oynayıb. Bir çox İnsan Haqları təşkilatları Rəisinin bir dövlət adamı olamadığını deyib mühakimə olunmasını istəyirlər. Rəisinin ağır keçmişini nəzərə alaraq gələcək illərdə özəlliklə siyasi muxalifləri daha çətin günlər gözləyəcək.

Bu durumda hər zaman daha çətin durumda olan Azərbaycanın İnsan Haqları durumu daha da ağırlaşacağı düşünülür. Hər zamankı kimi Güney Azərbaycan Tehran hakimiyyətinin basqılarının şahidi olur. Ayrıca Batı Azərbaycanda bir də teror məsələsi milləti təhdid edir. İbrahim Rəisinin Batı Azərbaycanla bağlı siyasəti gələcək illərdə bölgədə nələrin baş verəcəyini də bizə göstərə bilər. Xatırladaq ki, İbrahim Rəisi terrorçu Simitqo-nun nəvəsi olan Arman Simitqonu Batı Azərbaycanda qovmlar və Köçərilər təşkilatının müdiri olaraq seçdi. Rəisinin Simitqonu Batı Azərbaycanda vəzifəyə yerləşdirməsi onun Azərbaycana qarşı olduğunu açıq şəkildə göstərir.
Güney Azərbaycan Milli Hərəkəti İranın ən sivil və mədəni hərəkətlərindən biri olaraq teror qonusuna son dərəcə həssasdır. Bu durum bölgədə güvənliyə qarşı ola bilər.

Seçkilərdə Azərbaycanın namizədlərə olan münasibəti ölkənin siyasi gələcəyinə təsir göstərir. Buna görə də seçkilərdə oyunlarla Azərbaycan millətini sandıq başına çəkmək hakimiyyətin əsas istəklərindən biri olub. Bu dönəm Məsud Pezeşkianın qeyri-farsların haqlarıyla bağlı dediklərinin Azərbaycanda həyəcana yol açacağı düşünülürdü. Ancaq Pezeşkianın səlahiyyət almamasından sonra Mehrəlizadə üçün bənzər rol düşünülür. Özünü İslahatçı kimi tanıdan Mehrəlizadənin İrandakı Türk məsələsiylə bağlı nələr düşündüyü və edəbiləcəyi haqqında çox bir bilgi yoxdur. Ancaq Mehrəlizadənin təbliğat sitadı üçün seçdiyi adamdan onun necə düşündüyünü anlamaq olar. Mehrəlizadə məşhur İranşehri düşüncəsinə sahib Məhəmməd Cavad Həqşinası sitadının başçısı olaraq seçdi. Həqşinasın radikal Fars Milliyətçiləri İranşəhri düşüncəsiylə iç-içə olması Mehrəlizadənin də Fars olmayanlara qarşı baxışını göstərir. Gələcək illərdə prezident kim olursa olsun Azərbaycan üçün hər şeyin daha da çətinləşəcəyi aydın məsələdir.

Yüzlərlə insanın qanı əlində olan və bu gün də terrorçulara yol açan İbrahim Rəisinin Azərbaycana görə baxışını Batı Azərbaycandan anlamaq olar. İslahatçı olub və etnik haqlarıyla bağlı popolisti şüarlar verən Mehrəlizadənin də görünməyə çalışdığının tam əksi olduğu aydın görünür.

Bu durumda Azərbaycan millətinin nə sağ, nə də sol ancaq Azərbaycan mərkəzli bir siyasi mücadələ verməsi də açıq görünür.

Related Articles

Bir cavab yazın

Back to top button