İran

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edəcək

İranın ali rəhbəri Əli Xaməneyinin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Cənubi Qafqaz regionu ölkələrinə planlaşdırılan səfərlər çərçivəsində Azərbaycan Respublikasına səfər edəcək.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumatda səfərin Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında iyulun 15-də baş tutacağı bildirilib.

Bu səfərdə Əli Şamxani azərbaycanlı həmkarı ilə görüşməklə yanaşı, prezident İlham Əliyevlə də görüşəcək, ikitərəfli məsələlər, son regional və beynəlxalq hadisələr barədə danışacaq.

Qeyd edək ki, bundan öncə Əli Şəmxani iulun 7-də İrəvana səfər edib və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroyanla görüşüb.

Related Articles

Bir cavab yazın

Back to top button