Azərbaycanİran

Hədis Nəcəfiyə həsr olunan cizgi filmi uğur qazanıb

“Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının “Tamaşaçı mükafatı”nı qazanıb. Bu barədə filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub. Eyni zamanda film İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.

“ANİMAFİLM Studio”nun istehsal etdiyi “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyi ilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında keçirilib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button