İran

Fransua Filip: “ Təyyarənin vurulması insan səhvi deyil”

“İranın 752 saylı uçuşun necə vurulduğuna dair versiyonu çox da inandırıcı deyil”. Bu sözləri Kanadanın xarici işlər vəziri Fransua Filip Şampan deyib. “Mən İranın hadisə ilə bağlı verdiyi bilgiyə o qədər də inanmıram. Bu sadəcə bir insan səhvi ola bilməz. Düşünürəm ki, İranın verdiyi rapor hadisənin əsl səbəbini həddindən artıq sadələşdirməyə yönəlib” deyə vəzir vuğulayıb. İran isə öz növbəsində Sipahın hava həmləsindən difa sistemi tərəfindən hədəf alınmaya bir sıra səbəblər bildirib. “Olay “insan səhvi” nəticəsində baş verib. Hava həmləsindən difa sistemlərinin birinin köçürülməsindən sonra lazımı proseslərin icrası unudulub” deyə açıqlamada qeyd olunub. Qeyd edilib ki, ilk dəfə Tehran şəhərinin nizami dadsitanı, radar naviqasyon sistemindəki 105 dərəcə səhvdən danışıb.

Related Articles

Bir cavab yazın

Back to top button