Dünya

Avstraliyada yanğından sonra bərpa işlərinə 1,39 milyard ayrılacaq

Meşə yanğınları səbəbindən dəyən ziyanı ödəmək üçün Avstraliya hökuməti yaxın 2 il ərzində 1,39 milyard dollar vəsait ayıracaq.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş Naziri Skott Morrison bildirib. Onun sözlərinə görə, hökumət təsərrüfatların, bələdiyyə müəssisələrinin və yolların bərpası üçün istənilən məbləğdən çəkinməyəcək. Bununla belə, Morrison yanğınların daha bir neçə həftə, hətta aylarla davam edə biləcəyini söyləyib.

Qeyd edək ki, Avstraliyada meşə yanğınları milyonlarla hektar ərazini külə döndərib. Yanğınlarda 17 nəfər insan, 8 minədək koala, yüz minlərlə digər növ heyvanlar ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button