AzərbaycanDünya

Ermənistan Laçını atəşə tutub, sərhədçimiz yaralanıb

Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

“Caliber” xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Azvision-un məlumatına görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Related Articles

Bir cavab yazın

Back to top button