İran

Rəştdə xristianlığı qəbul etmiş 4 nəfər həbs edilib

İranın Gilan əyalətinin mərkəzi Rəşt şəhərində xristianlığı qəbul etmiş dörd nəfər İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Behnam Əxlaqi, Babək Hüseynzadə, Əyyub Purrzazadə və Əhməd Sərpərəst adlı şəxslərin öz mənzillərində qandallanaraq naməlum yerə aparıldıqları bildirilir.

Bir neçə gün bundan öncə İran xristianları Tehran rejiminin onlara qarşı repressiyalarını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilib ki, son 40 ildə Tehran rejiminin sistemli repressiya və təzyiq siyasəti apardığını bəyan edən narazılar kilsələrin bağlanılmasına, iş yerlərinin möhürlənməsinə, zəncirvari qətl hadisələrində xristianların öldürülməsi və insani, dini hüquqlarının tapdalanmasına etiraz ediblər.

Xristianlığı qəbul edənlər İslam Respublikasının davranışını Ümumdünya İnsan Haqları Bəyannaməsini pozmaq kimi qiymətləndiriblər və yazıblar ki, hökumət bəzən onlara təzyiq göstərmək üçün çörək pulu qazanmalarına belə imkan vermir.

Bundan öncə İnsan Haqları Təşkilatları və beynəlxalq Əfv Təşkilatının yaydığı hesabatda İran hökuməti milli azlıqlarla yanaşı qeyri-şiələrə qarşı ədalətsiz davranmaqda, onların haqlarını pozmaqda ittiham olunub.

Son bir il ərzində İranda xristianlığı qəbul etmiş 53 nəfər həbs olunub və onlara qarşı qondarma ittihamlarla cinayət işi qaldırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button