Azərbaycan

Füzuli şəhərindən Şuşaya yol çəkilir

Füzuli şəhərindən Şuşa şəhərinə yol çəkilir. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhristanında tərhin icrasının gedişi ilə tanış olublar. Dövlət başçısı qeyd edib ki, bu gün ölkəmizin həyatında çox önəmli bir gündür, tarixi bir gündür. Dövlət başçısı bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.
“Bu yolun çox böyük önəmi var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda bu tərh işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci tərhdir.
Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Və deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min km-dən çox otomobil yolu çəkilibdir. Yollar da keyfiyyətlidir. Bu göstəriciyə görə, Azərbaycan dünyada qabaqcıl yerlərdədir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button