İran

Siyasi məhbus Hamed Qaraoğlaninin edamı həbs cəzası ilə əvəz edilib

Siyasi məhbus Hamed Qaraoğlaninin edam hökmü 14 il həbs cəzası ilə əvəz edilib. Bu barədə onun bacısı Haniye Qaraoğlani tvitter hesabında bilgi verib. O, bildirib ki, qazilərdən ikisi 13 il 3 ay həbs cəzası verib. Üçüncü qazi isə edam hökmü çıxarıb. Beləliklə, iki qazinin hökmü üstün gəlib. Nəticədə 14 il bir ay həbs cəzası qəbul edilib. Əgər bu hökm Təcdidenəzər mərhələsində dəyişməzsə, İranın İslam Cəza Qanununun 134-cü maddəsinə görə məhbusa 13 il həbs cəzası veriləcək. Xatırladaq ki, Urmu zindanında həbsdə olan Hamed Qaraoğlani Urmu İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən edama məhkum edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button