İran

İran repressiya üçün texnologiyadan istifadə edir

İrandakı xəbər mənbələrinə görə, hökumət müxalifəti sıxışdırmaq üçün qabaqcıl elm və texnologiyadan istifadə edir.

Belə ki, Məşhəd metrosunda dərc olunan görüntüyə görə, ağıllı kameralar (Smart Camera) insanların üzlərini qeyd edərək şəxsiyyətlərini müəyyən edir.

Kim kameralar qarşısından keçsə, onun fotosu çəkilir və monitorda yaşı və cinsi də daxil olmaqla şəxsiyyəti göstərilir.

Vahid Təfrihi İnstagram hesabında monitordan çəkilmiş şəkli paylaşıb.

Ötən il başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatından sonra küçələrdə rəqibləri və etirazçıları tanımaq üçün ağıllı kameralardan istifadə məsələsi ortaya çıxıb.

Hökumət rəsmiləri ağıllı kameraların repressiv məqsədlər üçün istifadə edilmədiyini iddia etsələr də, Məşhəd metrosundan yayılan fotoşəkil bu iddianın yalan olduğunu sübut edir.

Related Articles

Bir cavab yazın

Back to top button