İran

İran Kanadadan 10 milyon dollar təzminat tələb edib

İran və Kanada futbol komandaları arasında iyunun 5-də baş tutmalı olan oyun ləğv edilib. İran Gənclər və İdman Nazirliyi buna görə, Kanadaya qarşı 10 milyon dollar təzminat ödənilməsi ilə bağlı məsələ qaldıracaqlarını bildirib.

Görüşün ləğv olunmasına səbəb İranın İnqilab Keşikçiləri Korpusunun vurduğu Ukrayna sərnişin təyyarəsinin qurbanlarının yaxınlarının etirazları olub.

Bununla yanaşı Kanada parlamentinin mühafizəkar nümayəndələri bəyanat imzalayaraq İran milli futbol komandası ilə oyunun əleyhinə olduqlarını bildiriblər.

“Ukrayna Təyyarə Qurbanlarının Ailələri Assosiasiyası” görüşlə bağlı yaydığı bəyanatda bunu İran tərəfindən terror edilən insanların ailələrinə qarşı hörmətsizlik olduğunu yazıblar.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub.

Related Articles

Bir cavab yazın

Back to top button