İran

İranın cənub və mərkəzi bölgələrində quraqlıq çoxmüddətli və kəskin olub

İran İqlim və Quraqlıq Böhrani İdarəçiliyi üzrə Milli Mərkəzin sədri ölkənin həmin bölgələrdə quraqlıq müddətinin çoxaldığını və daha da gücləndiyini bildirib.

Əhəd Vəzifə bu barədə “İran iqliminin problemləri” üzrə keçirilmiş vebinarda məlumat verib:

“Dünyanın istiləşməsi ilə ölkədə quraqlıqlar ötən vaxtlara nisbətən daha tez başlayır, gücü və miqyası artır. İqlim dəyişikliyi ilə quraqlıq bölgələr daha quraqlı, sulu ərazilər isə daha da sulu olur. Bu məsələ İran üçün də aktualdır. Ölkədə quraqlıq 30 il öncədən başlayıb”.

Related Articles

Bir cavab yazın

Back to top button