Azərbaycan

İranda qadın heykəli çadrasının olmaması bəhanəsi ilə sökülüb

İranın dövlət məmurları Şərqi Azərbaycan əyalətinin Leylan şəhərində "Sahib əz-Zaman" məscidinin önündə quraşdırılmış kişi və qadın heykəlini qadının "çadrasının olmaması" səbəbi ilə söküblər.

İranın dövlət məmurları Şərqi Azərbaycan əyalətinin Leylan şəhərində “Sahib əz-Zaman” məscidinin önündə quraşdırılmış kişi və qadın heykəlini qadının “çadrasının olmaması” səbəbi ilə söküblər.

“Aznews tv”xəbər verir ki, daha öncə 2019-cu ildə məsul şəxslər Təbriz şəhərində quraşdırılmış balaca qız uşağının heykəlini də “hicabının olmaması” üzündən dağıtmışdılar.

Lakin Təbriz şəhərində əhalinin buna etirazından sonra balaca qız uşağının heykəli geyiminin uzadılaraq ayaqları tam şəkildə örtüldükdən və üzərinə başqa bir paltar daha geyindirildikdən sonra yenidən öz yerinə qoyulub.

İran rejiminin qadınlara qarşı belə düşmənçilik mövqeyi və davranışları dəfələrlə mediada öz əksini tapıb.

Daha öncə Məlikan (Məlik Kəndi) şəhər İslam Təbliğatı İdarəsi qəzetlərə təlimat göndərərək qadın ölümləri ilə bağlı bildirişlərdə xanımların adlarının yazılmasını qadağan edib.

Bir çoxları İran hakimiyyətini qadın düşmənçiliyi və köhnəfikirli düşüncələrində İŞİD və Taliban rejiminin bir modeli olaraq görür.

Related Articles

Bir cavab yazın

Back to top button