
Bu barədə İsfahan Polis İdarəsi məlumat yayıb.
Rəsmi məlumatda həmin kanalların Qərb dəyərləri və yaşayış tərzini təbliğ etdikləri üçün bağlanıldığı bildirilib.
Qeyd edək ki, son 1 ay ərzində yüzlərlə oxşar sosial media hesabı “antimədəniyyət təbliğatçıları” bəhanəsilə bağlanıb.
Mayın 19-da İbrahim Rəisi və başqalarının helikopter qəzasında həlak olmasından sonra yüzlərlə insan həbs edilib, çox sayda iş yerinin fəaliyyətinə qadağa qoyulub və sosial media kanalları bağlanıb.